İsveçdə terror aktını törədən ömürlük azadlıqdan məhrum edildi
https://azeri.sahartv.ir/news/dünya-i311616-İsveçdə_terror_aktını_törədən_ömürlük_azadlıqdan_məhrum_edildi
İsveç məhkəməsi 2017-ci ildə bir satış obyektinə yük maşını ilə soxulan şəxsi ömürlük azadlıqdan məhrum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2018 07:36 Asia/Baku
  • İsveçdə terror aktını törədən ömürlük azadlıqdan məhrum edildi
    İsveçdə terror aktını törədən ömürlük azadlıqdan məhrum edildi

İsveç məhkəməsi 2017-ci ildə bir satış obyektinə yük maşını ilə soxulan şəxsi ömürlük azadlıqdan məhrum edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, İsveç məhkəməsi 2017-ci il aprel ayında Stokholmda yük maşınını satış-iaşə obyektinə çırpan və beş nəfərin ölümünə səbəb olan Rəhmət Əqilovu ömürlük azadlıqdan məhrum edib. 

Məhkəmə Əqilovun vətəndaşlığını müəyyən etməyib. 

İsveç baş naziri Stefan Lofen o vaxt bu hərəkəti İsveçə hücum adlandırıb və deyib ki, bütün faktlar hadisənin terror aktı olduğunu göstərir.