G-7 liderlərinin sammiti məğlubiyyətə uğradı
Yeddilər Qrupunun Kanadada keçirilən zirvə toplantısı iştirakçılar arasında ixtilaflar, ictimai etirazlar və zəif bəyanatın verilməsi ilə sona çatdı.
Bəyanatda bildirilir ki, Paris İqlim Sazişi istisna olmaqla 6 ölkə Amerika Birləşmiş Ştatları ilə müştərək rəyə çatıb. Sammitə ev sahibliyi edən ölkənin bütün ölkələrin yekun bəyanatı təsdiqləyərək imzaladığını, beynəlxalq ticarət qaydalarını yerinə yetirməyi öz üzərlərinə götürdüklərini bildirsə də, bir neçə saat keçməmiş Amerika prezidenti təsdiqini geri götürüb.
Proqnoz olunduğu kimi 7 sənaye ölkəsinin dövlət başçılarının Kanadanın Kvebek şəhərindəki sammiti açıq-aşkar ixtilaflarla yadda qaldı. Sammit olduqca həddindən artıq fikir ayrılıqları ilə keçirildi. Yekun bəyanat da verildi, tənqidləri pisləyir, qlobal ticarət sərbəstliyi qarşısında ölkələrin daxili sənayelərinə proteksionizm siyasətini qınayır.
Fransa prezidentinin dediyinə görə, Yeddilər qrupu liderlərinin ticarət məsələləri üzrə yekun bəyanat vermələrinə rəğmən, bu bəyanat bütün məsələlərin həlli mənasında deyildi.
Fransa prezidenti Emmanuel Makron deyib: Baxın, birincisi, prezident Tramp özünü vahid bir cəbhənin qarşısında gördü. Bir-birimizlə ixtilafımız olsaydı, nəyin baş verəcəyini təsəvvür edin. Prezident Tramp xarici siyasət səhnəsində təcrid olmağa maraq göstərməyib. İkincisi, reallıqları nəzərə almaq lazımdır və mən praktiki addımların atılmasını gözləyirəm.
Ev sahibi olan Kanada baş naziri Castin Trüdo sammitdən sonra jurnalistlər qarşısına çıxıb, baş verənləri açıqlayaraq deyib: Amerikanın tarif siyasəti qarşısında dayanacaq və kanadalı fəhlələrin hüquqlarını müdafiə edəcək. Trüdo ABŞ prezidentinin milli təhlükəsizlik mövqeyi ilə alüminium və polada tariflərin tətbiq olunmasına dair açıqlamasını I Dünya Müharibəsində Amerikanın müharibə şəriki olan Kanadaya hörmətsizlik adlandırıb.
Bu sözlərdən çox keçməmiş ABŞ prezidenti yenə də Tvit atmağa başladı.
Təcrid olmadığını, Amerikanın tarif hərəkətləri qarşısında digər ölkələrin addımlar atacağı halda, onlarla ticarəti kəsə biləcəyini deyən Tramp yeni tvitində yazıb: Kanada baş naziri Yeddilər Qrupunun sammitində sakit şəxs idi. Amma sammitdən sonra yalan və saxtakarlığı olan sözlər danışıb. Tramp hədələyib ki, ABŞ-a avtomobil idxalına da tarifin tətbiq olunmasını diqqətdə saxlayacaq.
Və beləliklə G 7-nin zirvə toplantısı daha çoxlu ixtilaflarla sona çatdı. Onların siyasətlərini öz mənafeyi istiqamətində görməyən insanlar bu formada onlara qarşı şüarlar səsləndiriblər.
İndi ABŞ prezidenti Kanadadan Sinqapura uçub və orada başqa bir ixtilaflı məsələni açacaq.
Tramp Sinqapurda təhlükəsizlik iclasının kənarında Şimali Koreya lideri ilə görüşəcək.