Sionist rejimin İndoneziya ilə gizli müzakirələr barədəki iddiası Cakarta tərəfindən rədd olunub
İyun 29, 2018 15:34 Asia/Baku
-
Sionist rejimin İndoneziya ilə gizli müzakirələr barədəki iddiası Cakarta tərəfindən rədd olunub
İndoneziyanın xarici işlər nazirliyi sionist rejimin sionistlərin İndoneziyaya səfəri qadağasının götürülməsi üçün Təl-Əviv ilə Cakarta arasında gizli müzakirələrin getməsinə dair iddiasını rədd edib.
İndoneziya xarici işlər nazirliyinin sözçüsü Arrmanasa Nasir sionist rejim başçılarının İndoneziya dövləti tərəfindən sionistlərə vizanın verilməsinə qarşı qadağanın götürülməsinə dair iddiasına reaksiyada bildirib ki, bu ölkə sionist rejimlə siyasi əlaqələrə malik deyil və sionistlərin İndoneziyaya səfəri qadağasının götürülməsi üçün Təl-Əviv ilə Cakarta arasında heç bir gizli müzakirə aparılmayıbdır.