İyun 30, 2018 09:44 Asia/Baku
  • Şimali Koreya uranın saflaşdırılması prosesini artırıb
    Şimali Koreya uranın saflaşdırılması prosesini artırıb

ABŞ rəsmilərinin dediklərinə görə, bu ölkənin kəşfiyyat agentlikləri Şimali Koreyanın bir neçə gizli hərbi nüvə mərkəzində nüvə silahları üçün nəzərdə tutulmuş uranın zənginləşdirilməsi prosesini artırmasından xəbər veriblər.

NBC telekanalı 5 amerikalı rəsmiyə istinadla ABŞ və Şimali Koreya arasında əldə olunmuş anlaşmaya baxmayaraq, Pxenyanın son aylarda hərbi məqsədlər üçün uranın zənginləşdirilməsi prosesini sürətləndirməsindən xəbər verib. 

Bu telekanalın bildirdiyinə görə, adının gizli qalmasını istəyən bu amerikalı rəsmilər Şimali Koreyanın birdən çox hərbi nüvə mərkəzinə malik olduğuna inanır və Panqbyun nüvə mərkəzinin Şimali Koreyanın yeganə hərbi nüvə mərkəzi olmadığını düşünürlər. 

NBC informasiya kanalı bu amerikalı rəsmilərdən birinə istinadla əlavə edib: Şimali Koreyanın ABŞ-ı aldatmaq istədiyinə dair faktlar var. 

Bu məsələ Şimali Koreyanın nüvə fəaliyyətlərini dayandırması ilə bağlı ABŞ ilə müzakirələrə hazır olduğunu elan etməsi məsələsində ciddi şübhələr doğurur. 

Şimali Koreya və ABŞ başçılarının görüşündən öncə Pxenyan bütün hərbi nüvə fəaliyyətlərini birtərəfli qaydada dayandırmasını rədd etmişdi. 

ABŞ dövlət katibi Mayk Pompeo son zamanlar Şimali Koreyaya səfər və iki ölkə başçıları arasında əldə olunmuş anlaşmanın icra prosesinə yaxından nəzarət etmək istədiyini deyib. 

Teqlər