İyul 01, 2018 14:01 Asia/Baku
  • Ş.Koreya bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsinə çağırıb
    Ş.Koreya bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsinə çağırıb

Yaponiyanın Yumyuri qəzeti Şimali Koreya rəhbərinin Çin prezidentini bu ölkəyə qarşı Amerika tərəfindən tətbiq olunmuş sanksiyaların ləğvinə kömək etməyə çağırmasından xəbər verib.

İSNA xəbər verir ki, Yaponiya qəzeti bu gün yazıb: Kim Conq İn ötən ay Şi Cin Pinq ilə görüşündə ondan Pxenyana qarşı amerikan sanksiyaların vaxtından əvvəl ləğv edilməsinə kömək etməsini istəyib. 

Bu istək Amerika və Cənubi Koreya ölkələrinin başçılarının 2018-ci il 12 iyun tarixli görüşündə də səsləndirilib. 

ABŞ müdafiə naziri Ceyms Mətis ötən cüməaxşamı demişdi ki, Amerikanın Şimali Koreyaya qarşı iqtisadi təzyiqləri və sanksiyaları davam etdiriləcək və ABŞ-ın Koreya yarımadasındakı hərbi qüvvələrinin 29 min nəfər azaldılması mövzusu gündəmdə deyil. 

Teqlər