ABŞ-da atışmalarda 86 nəfər ölüb və yaralanıb
Amerikada silahlı insidentlər üzrə statistika mərkəzinin verdiyi məlumata görə, son 24 saat ərzində baş verən 72 atışma hadisəsində 25 nəfər ölüb, 61 nəfər də yaralanıb.
İRİB-in verdiyi məlumata görə, həmin hesabatda bildirilir ki, son 24 saat ərzində baş verən silahlı insidentlər daha çox Meriland, Miçiqan, Corciya, Nyu-York, Virciniya, Missuri, Masaçoset, Nyu-Cersi, Kaliforniya və Cənubi Karolina ştatlarına aid olub.
Hesabatda deyilir: 14 atışma hadisəsində isə kimsə xəsarət almayıb.
Hər il Amerikanın müxtəlif ştatlarında odlu silahdan istifadə nəticəsində minlərlə insan həlak olur.
ABŞ konqresi və hökumətinə güclü silah lobbisinin nüfuzu, silah satışı və saxlanılmasına sərt qanunların tətbiq olunmasına dari ümumi istəyin reallaşmamasına səbəb olur.