İyul 05, 2018 09:05 Asia/Baku
  • Fransa Ərəbistan və BƏƏ-yə silah satmağı mənafeyi istiqamətində əsaslandırıb

Fransa Müdafiə Nazirliyi qeyri-hökumət təşkilatların Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satışına etirazına reaksiyada bu hərəkəti insani və beynəlxalq normalara zidd olmaqla əsaslandırıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Fransa Müdafiə Nazirliyi çərşənbə günü bir bəyanatda mənafeyini güdən strategiya ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satışını Fransanın müdafiə sənayesini qorumaq üçün zəruri adlandırıb. 

Beynəlxalq Amnistiya Təşkilatı və iki qeyri-hökumət təşkilatı Fransa silahlarının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə satışının davam etməsini tənqid etmişdilər. 

Bu təşkilatlar 2017-ci ildə Fransanın silah ixracatı ilə bağlı hesabat yayımlandıqdan sonra, bu ölkəni Yəməndə insan haqlarını pozmaqda suçlayıblar. 

Fransadan sonra Almaniya, Britaniya, ABŞ, İtaliya və İspaniya Ərəbistan və müttəfiqlərinin silah təminatçılarıdır. 

Teqlər