İyul 09, 2018 15:18 Asia/Baku
  • Pxenyan: ABŞ özünü
    Pxenyan: ABŞ özünü "qanqster" kimi aparır

ABŞ ilə ixtilafların həllində Vaşinqtonun tələblərini “quldurluq” adlandıran Pxenyan Koreya Yarımadasının bir mərhələli şəkildə nüvə tərksilahına getməsinə qarşı çıxıb və ixtilafların mərhələli şəkildə həll edilməsini istəyərək, atılacaq addımların qarşılıqlı və paralel şəkildə olmasını istəyib.

ABŞ dövlət katibi Pxenyana olan üçüncü səfərində Şimali Koreyanın xarici işlər naziri ilə iki gün sıx müzakirələrin ardınca, bu ölkəni Yaponiya istiqamətində tərk etməzdən öncə jurnalistlər qarşısında verdiyi açıqlamada iki ölkə arasındakı müzakirə mövzularının mühüm və mürəkkəb olmasına rəğmən, danışıqların konstruktiv və müsbət atmosferəmalik olduğunu bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo deyib: “Bir neçə saat davam edən konstruktiv müzakirələrimiz oldu. Bir çox məsələ ilə bağlı çox yaxşı irəliləyişlərimiz olub. Buna baxmayaraq, müzakirə mövzuları xeyli mürəkkəbdir və zamana ehtiyaclıdır. Heç şübhəsiz Sinqapur görüşündə razılaşdırılan məsələlərlə bağlı yekun nəticəyə nail olmaq üçün daha artıq zamana ehtiyacımız var.”

Şimali Koreyanın rəsmi informasiya agentliyi isə bu ölkənin xarici işlər nazirliyinə istinadla 2 gün sürən müzkirələr zamanı Pompeonun sərgilədiyi rəftardan məyusluq ifadə edərək, ABŞ tərəfindən irəli sürülən tələb və təkliflərin “qanqstersayağı” və birtərəfli olduğunu bildirib. Bu məlumatda həmçinin müzakirələrin gedişindən məyusluq ifadə edilib və Şimali Koreyanın nüvə tərkisilahına dair birtərəfli tələbin Sinqapur görüşünün ruhuna zidd olduğu bildirilib. Bu məsələ Yaponiyada olan Pompeonun reaksiyası ilə üzləşi: “Qarşımızda çətin və mürəkkəb bir yol var. Biz qarşıdan gələn günlər və həftələr ərzində Şimali Koreya ilə müzakirələrimizi davam etdirəcəyik. Şimali Koreya əleyhinə sanksiyalar və təzyiqlər bu ölkənin tam nüvə tərksilahına kimi davam edəcək. Əgər, ABŞ-ın tələbləri “qanqstersayağı”dırsa, bunun səbəbi dünyanın qulduqluq dünyası olmasıdır.”

Bu arada Pxenyan Koreya Yarımadasının bir mərhələli şəkildə nüvə tərksilahına getməsi ilə bağlı ABŞ-ın təklifini rədd edib. 

 

Teqlər