İyul 10, 2018 17:49 Asia/Baku
  • C.Koreyadan nüvə heyəti Amerikaya gedəcək
    C.Koreyadan nüvə heyəti Amerikaya gedəcək

Cənubi Koreyanın yüksək səviyyəli nüvə nümayəndəsi Amerika və Şimali Koreya rəhbərlərinin ötən həftəki müzakirələrinin təfərrüatından xəbərdar olmaq üçün Vaşinqtona səfər edəcək.

Yunhap xəbər agentliyinin verdiyi məlumata görə, C.Koreyanın XİN başçısı bildirib ki, Koreya yarımadasının təhlükəsizlik və sülh nümayəndəsi Li Dohun sabah Amerikaya gedəcək. 

ABŞ XİN rəhbəri Mayk Pompeo ötən cümə Koreya yarımadasında nüvə tərki silahı prossesinin müəyyənləşdirilməsi eləcə də iki koreya müharibəsində həlak olan amerikan əsgərlərin cəsədlərinin qaytarılması barədə müzakirə məqsədi ilə Pxenyana səfər etmişdir. 

M.Pompeo bu səfəri müsbət qiymətləndirmişdi amma Ş.Koreya rəsmiləri müzakirə gedərkən ABŞ-ın göstərdiyi rəftarından təəssüfləndikləri və məyusluğa uğradıqlarını dilə gətirdilər. 

Teqlər