C.Koreyada kəskin istilərdən 27 nəfər həlak olub
-
C.Koreyada kəskin istilərdən 27 nəfər həlak olub
Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi bu ölkədə kəskin istilərdən 27 nəfərin həlak olduğunu bildirib.
Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi dünən axşam bildirib ki, həmin 27 nəfər bir həftə ərzində bu ölkənin müxtəlif məntəqələrində kəskin istilər nəticəsində həlak olubdur.
Ötən həftədə Cənubi Koreyada yüksək temperatur həmçinin iki mindən çox insanın xəstələnməsinə bais olub. Onlar xəstəxanalara yatırılıblar.
Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi bu ölkə xalqına xəbərdarlıq edərək, ondan istəyibdir ki, imkan daxilində günün isti saatlarında mənzillərdən və ya iş yerlərindən çıxmasın, eləcə də kəskin istilərdə çox qalmaqdan çəkinsin.
Yaponiya hidrometeorologiya təşkilatı da keçən həftə bildiribdir ki, bu ölkədəki kəskin istilər nəticəsində səksəndən çox insan həyatını itirib və 22 min nəfər də istilikdən irəli gələn müxtəlif xəstəliklərə yoluxubdur.
Digər tərəfdən, ötən iki gündə Yaponiyanın mərkəzi və qərbində şiddətli tufan iyirmidən çox insanın yaralanmasına və on minlərlə mənzilin işiğının kəsilməsinə səbəb olubdur.