İndoneziyada zəlzələ
Avq 05, 2018 18:12 Asia/Baku
İndoneziyada rixter şkalası ilə 7 baş gücündə zəlzələ baş verib.
Frans Press-in verdiyi məlumata görə, bazar günü İndoneizyanın Lombok adasında rixter şkalası ilə 7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ardınca sahil ərazilərdə kiçik sunami təhlükəsi barədə xəbərdarlıq edilib.
Hələ ki, zəlzələ nəticəsində ölən və ya yaralananların olub-olmamasına dair məlumat yayılmayıb.
Ötən həftə də Lombok adasında 6.4 bal gücündə zəlzələ baş vermişdi.
Zəlzələ nəticəsində 10 nəfərini öldüyü, çoxlu sayda binaya ciddi zərər və ziyanın dəydiyi bildirilmişdi.