ABŞ-ın sanksiyalarına rəğmən, Ş.Koreyaya humanitar yardımlar göndəriləcək
https://azeri.sahartv.ir/news/dünya-i319463-abŞ_ın_sanksiyalarına_rəğmən_Ş.koreyaya_humanitar_yardımlar_göndəriləcək
Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın sanksiyalarına rəğmən, Şimali Koreyaya humanitar yardımların göndərilməsilə razılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2018 11:15 Asia/Baku
  • ABŞ-ın sanksiyalarına rəğmən, Ş.Koreyaya humanitar yardımlar göndəriləcək
    ABŞ-ın sanksiyalarına rəğmən, Ş.Koreyaya humanitar yardımlar göndəriləcək

Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın sanksiyalarına rəğmən, Şimali Koreyaya humanitar yardımların göndərilməsilə razılaşıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dünən Amerikanın ağır sanksiyalarına rəğmən, Şimali Koreyaya humanitar yardımların göndərilməsinin davam etdirilməsi təklifi ilə razılaşıb.

BMT rəsmilərinin bildirdiklərinə görə, Şimali Koreya əhalisinin yarısı, yəni on milyon nəfər pis qidalanmadan əziyyət çəkir.

BMT-nin Şimali Koreya barəsindəki qətnaməsində belə deyilir: Sanksiyalar humanitar yardımlar prosesində təsirə malik olmamalıdır. Amma bu sahədə fəaliyyət göstərən təşkilatlar bu qənaətdədirlər ki, bank və ticarət maneələri Şimali Koreya əhalisi üçün həyati və humanitar yardımların göndərilməsi sürətini ciddi problemlə üzləşdirəcəkdir.