Avq 14, 2018 16:25 Asia/Baku
  • İsveçdə naməlum şəxslər 80 avtomobili yandırıblar
    İsveçdə naməlum şəxslər 80 avtomobili yandırıblar

İsveçin müxtəlif şəhərlərində naməlum şəxslər eyni vaxtda təxminən 80 avtomobili qəsdən yandırıblar.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, İsveç polisi bildirib: Ötən gecə Malmö, Gotenburq və Helsinqborq şəhərlərində naməlum şəxslər 80-dən çox avtomobili yandırıblar.

Polisin dediyinə görə, naməlum şəxslər üzlərini maska ilə örtüblər və onların sayı azı 40 nəfər olub.

Onlar avtomobillərə daş da atıblar.

İsveç rəsmiləri bu yanğının ötən il yayda baş verən yanğın arasındakı ehtimal olunan əlaqəsini araşdırırlar.

Ötən gecə qəsdən törədilən yanğın 9 sentyabrda keçiriləcək parlament seçkilərindən sadəcə üç həftə öncə baş verib.

Teqlər