Avq 22, 2018 19:20 Asia/Baku
  • Trampın tarixi etirafı
    Trampın tarixi etirafı

ABŞ prezidenti bir daha bu ölkənin hərbi qüvvələrinin Orta şərqdəki fəaliyyətinin bəri başdan səhv olduğunu vurğulayıb.

ABŞ prezidenti Donald Tramp bu gün Röytersə verdiyi eksklusiv müsahibədə etiraf edib ki, ABŞ Orta şərqdə hərbi fəaliyyətə başlamamalı idi və bu Amerikanın tarixi boyu ən böyük səhvi hesab olunur. 

Tramp  Əfqanıstan və Orta şərqdə gedənləri həmişə izlədiyini və ABŞ-ın Əfqanıstan və Orta şərq dosiyalarına intensiv şəkildə yenidən baxılmasında davam edir. 

ABŞ prezidenti Donald Tramp Amerikanın Orta şərqdəki 17 illik hərbi fəaliyyətinin 17 trilyon dollar xərclə nəticələndiyini bildirərək Amerikanın regiondakı fəaliyyətinin qətl və dağıntıdan başqa heç bir nailiyyəti olmadığını öncə də etiraf etmişdi. 

Tramp elə bir şəraitdə sələflərinin Orta şərqdə xərclərini qınayır ki, onun öz hökumətinin gələn milad ili üçün təklif etdiyi hərbi büdcəsində Şimali Koreyanın təcrid edilməsi və İrana qarşı sanksiyaların təzyiqini artırmaq üçün 36 milyon dollarlıq  artım var. 

 

 

 

 

 

Teqlər