Sen 14, 2018 09:14 Asia/Baku
  • İspaniya silahlarının Səudiyyə Ərəbistanına satışı
    İspaniya silahlarının Səudiyyə Ərəbistanına satışı

Yəmən xalqının Səudiyyə hərbçiləri tərəfindən qırğın edilməsinin dayandırılması istiqamətində beynəlxalq səylərə rəğmən İspaniya xarici işlər naziri deyib: Madrid Səudiyyə Ərəbistanına 400 lazer bombası satışına dair müqaviləyə sadiqdir.

İRNA-nın Madriddən verdiyi məlumata görə, Jozep Borrel dünən deyib ki, İspaniyanın lazer bombalarının Səudiyyə Ərəbistanına satışına dair qərar 3 həftə müddətində ölkənin bir neçə nazirliyi tərəfindən araşdırıldıqdan sonra onun ləğv edilməsinə heç bir səbəb görülməyib. 

İspaniyanın xarici işlər naziri elə bir şəraitdə belə bir bəyanatla çıxış edir ki, İspaniyanın Müdafiə Nazirliyi ötən həftə bildirmişdi ki, bu bömbaların Səudiyyə Ərəbistanına satışı , ondan mülkiyə qarşı istifadə ehtimalını nəzərə alaraq ləğv edilib və Səudiyyənin bu silahlar qarşılığında öncədən ödədiyi 29 milyon avroluq məbləğ bu ölkəyə qaytarılacaq. 

İspaniyanın keçmiş hökumətində Amerikadan satın alınmış bu silahlar Zaraquza hava bazasında saxlanılır. İspaniya XİN başçısı bombalrın Səudiyyə Ərəbistanına satışını əsaslandırmaq üçün iddia edib ki, bu bombalar hədəfi yüksək diqqətlə nişan alır və ona görə də nigarançılığa səbəb yoxdur. 

İspaniyanın Səudiyyə Ərəbistanına dağıdıcı silahlar satmaq cəhdləri elə bir şəraitdədir ki, beynəlxalq iştimaiyyət Yəməndə mülkiyə qarşı hücumların dərhal dayandırılmasını və Səudiyyə Ərəbistanının Yəmənə qarşı kütləvi qırğın silahlarından istifadəyə son qoymasını tələb edir. 

Teqlər