Sen 14, 2018 11:28 Asia/Baku
  • Ş.Koreya ABŞ-ı qınadı
    Ş.Koreya ABŞ-ı qınadı

Şimali Koreya hökuməti bildirib ki, Amerikanın kibernetik hücumlar barədəki ittihamları Ş.Koreyanın imicinə xələl gətirmək məqsədini güdür.

Röytersin verdiyi məlumata görə, Ş.Koreya bu gün bildirib ki, Amerikanın 2014-2017-ci illərdə kibernetik hücumlar barədə ittihamları, Ş.Koreyanın ümumi imicinə qarşı təxribat kampaniyasıdır və Vaşinqton tərəfindən sanksiya siyahısına alınan şəxs reallıqda mövcud deyil. 

Amerikanın Xəzinədarlıq Nazirliyi ötən ayın axırlarında Şimali Koreyanın komputer proqramı hazırlayan bir vətəndaşını bir neçə kibernetik hücumda və komputer virusları hazırlamaqda ittiham edərək ona qarşı sanksiya tətbiq etdi .

Amerikanın Ş,Koreyaya qarşı sanksiya siyasətinin davam etməsi elə bir şəraitdədir ki, iki ölkə başçıları 12 iyunda Sinqapurda görüşdülər . İki Koreya rəhbərləri isə 18-20 sentyabrda Pxenyanda üçüncü görüşlərini həyata keçirəcəklər. 

Teqlər