ABŞ müdafiə naziri ilə Tramp arasında firik ixtilafları var
Amerikada çıxan Nyu-York Tayms qəzeti yazıb ki, ABŞ müdafiə naziri Ceyms Mətis Vaşinqtonun Əhatəli Müşətərək Təşəbbüs Proqramından(ƏMTP) çıxmasının əleyhinə imiş və bu qərarın təsiri barədə də prezident Donald Tramp ilə fikir ixtilafına malik imiş.
Nyu-York Tayms qəzeti dünən bir yazıda Tramp ilə Mətis arasındakı ixtilaflara toxunaraq bildirib: Sadəcə son 4 ay ərzində ABŞ prezidenti və müdafiə naziri NATO, Vaşinqton-Seul müştərək hərbi təlimləri eləcə də Trampın ƏMTP-dən çıxması kimi mövzularda fikir ayrılığına malik olublar.
Məlumata görə, Mətis onun tövsiyələrinə rəğmən Trampın ƏMTP-dən çıxmasının təsirlərini sual altına alır.
ABŞ müdafiə naziri öz əməkdaşlarına deyib ki, ABŞ-ın ƏMTP-dən çıxmasından sonra İranın rəftarlarında heç bir dəyişiklik müşahidə olunmayıb.
Nyu-York Tayms yazır: Mətis Tramp hökumətində Con Bolton kimi anti-İran simaların mövqeləri ilə təzadda olan fikirlər səsləndirib.
Mətisin Ağ evdən qovulması barədə şayiələrin ciddiləşdiyi bir şəraitdə Konqresə ara seçkilər ərəfəsində Trampın belə bir hərəkəti onun üçün ciddi fəsadlara səbəb ola bilər.