Rusiya Aralıq dənizinin şərq hissəsini qapalı zona elan etdi
Bəzi mənbələrin dediklərinə görə Rusiya hərbi təyyarəsinin Suriya səmasında vurulmasına görə İsraili cəzalandırmaq məqsədilə Aralıq dənizinin şərq hissəsini gəmilər və təyyarələr üçün qapalı zona elan edərək, bütün beynəlxalq dəniz və hava yollarını bağlayıb.
Əl-Cəzirə kanalının verdiyi məlumata görə, Rusiya Beynəlxalq Dənizçilik və Aviyasiya Təşkilatına göndərdiyi bildirişdə Rusiya hərbi dəniz donanmasının Suriya sahillərində raket atmaqla hərbi manevr keçirəcəyini bildirib.
İsrail mediaları isə rejim başçılarına istinadla bildiriblər ki, Moskvanın Aralıq dənizinin şərqini qapalı zona elan etməsi bu ölkə təyyarəsinin İsrail qırıcılarının Suriyaya olan hücumu zamanı vurulmasına cavab olaraq bir növ cəza tədbiri sayılır.
Aralıq dənizinin şərqində hava və dəniz yollarının çərşənbə gününə k imi gəmi və təyyarələrin üzünə bağlı qalacağı bildirilir. 18 sentyabrda İsrail qırıcılarının Suriyanın Latakia vilayətinə olan hücumları zamanı Rusiyanın bir ədəd İL-20 hərbi təyyarəsi 15 sərnişini ilə birlikdə məhv edilib.
Rusiya bu hadisəyə görə İsrailin məsuliyyət daşıdığını bildirib.