Sen 21, 2018 21:29 Asia/Baku
  • Kataloniyanın müstəqilliyi tərəfdarları aksiya keçiriblər
    Kataloniyanın müstəqilliyi tərəfdarları aksiya keçiriblər

Minlərlə nəfər İspaniyanın Kataloniya vilayətinin mərkəzi olan Barselonada aksiya keçirərək, İspaniya polisinin Kataloniyanın yerli hakimiyyətinə hücumunun ildönümünü anıb.

Röyters-in məlumatına görə, cümə axşamı keçirilən bu aksiyada iştirak edənlər Kataloniyanın müstəqilliyini dəstəkləyərək, bu məqsəd uğrunda mübarizə aparan siyasətçiləri himayə ediblər.

Kataloniya məntəqəsinin yerli rəhbəri Quim Torra və Kataloniya parlamentinin sədri Roger Torrent də bu aksiyada iştirak edərək, həbsdə olan siyasi liderlərin azadlığa buraxılmasını istəyiblər.

Bu məlumata görə, Barselonada küçələr Kataloniyanın müstəqilliyini dəstəkləyən plakatlar ilə doludur.

20 sentyabr 2017-ci ildə Kataloniyanın müstəqilliyi barədə referendumun keçirilməsinə edilən çağırışın ardınca İspaniya polisi bu məntəqənin yerli hakimiyyətinin yerləşdiyi binalara hücum və müstəqillik tərəfdarı olan siyasi liderləri həbs etdi.

Kataloniyalılar isə çoxlu sayda polis əməkdaşını Barselonada bir binanın daxilində həbs edərək, onların avtomobillərini yandırıblar.

İspaniya polisinin Kataloniyanın müstəqilliyinə qarşı zorakılığına baxmayaraq, 1 oktyabr 2017-ci ildə bu referendum baş tutdu və xalq Kataloniyanın müstəqilliyinə səs verdi. İspaniya hökuməti isə Kataloniyanın yerli rəsmilərini vəzifədən kənarlaşdıraraq, həbs etdi.

Teqlər