ABŞ Ş.Koreyaya qarşı sanksiya təzyiqlərini şiddətləndirib
https://azeri.sahartv.ir/news/dünya-i323479-abŞ_Ş.koreyaya_qarşı_sanksiya_təzyiqlərini_şiddətləndirib
ABŞ dövləti BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası istiqamətində Şimali Koreyaya qarşı sanksiyaları şiddətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2018 13:50 Asia/Baku
  • ABŞ Ş.Koreyaya qarşı sanksiya təzyiqlərini şiddətləndirib
    ABŞ Ş.Koreyaya qarşı sanksiya təzyiqlərini şiddətləndirib

ABŞ dövləti BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası istiqamətində Şimali Koreyaya qarşı sanksiyaları şiddətləndirib.

ABŞ dövlət departamenti bir bəyanatda bildirib ki, Vaşinqton Şimali Koreyaya və əks istiqamətdə hər cür əmtəə malının köçürülməsilə bağlı fəaliyyətlərin tanınması və pozulması üçün gəmi və qırıcılar yerləşdiribdir.

Bu bəyanat Amerikanın birtərəfli hərəkətlərini "BMT Təhlükəsizlik Şurası qətnamələrinin tam və təsirli icrası üçün beynəlxalq səylərin koordinasiyası" adlandırılan məsələ istiqamətində əsaslandırmağa çalışıb.

Bu bəyanat elə bir şəraitdə yayılıbdır ki, ABŞ prezidenti Donlad Tramp və Şimali Koreyanın rəhbəri Kim Çen In iyun görüşdən sonra Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə razılığın əldə olunmasından xəbər vermişdilər.