Okt 01, 2018 10:12 Asia/Baku
  • Makedoniyanın adının dəyişdirilməsi referendumunda xalqın zəif iştirakı
    Makedoniyanın adının dəyişdirilməsi referendumunda xalqın zəif iştirakı

Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi, həmçinin Avropa Birliyinə və NATO-ya üzvlüyü üzrə referendum bu ölkə xalqının zəif iştirakı ilə başa çatıb.

Referendumun ilkin nəticələrinə görə, səsvermə şəraitinə malik olan şəxslərin 9,34 faizi dünən öz səsini qutuya salıbdır.

Qeyri-rəsmi nəticələrə əsasən, respondentlərin 90 faizindən çoxu ölkənin adının dəyişdirilməsinin lehinə səs veribdir.

Makedoniya qanunlarına əsasən, referendumun uğur qazanması üçün səsvermə şəraitinə malik olan şəxslərin 50 faizindən çoxu referendumda iştirak etməli idi.

Referndumun boykot edilməsinin tərəfdarları xalqın bu tədbirdəki iştirak səviyyəsinin azşağı olmasının elan edilməsindən sonra referndumun uğursuzluğuna görə, küçələrdə, həmçinin bu ölkə parlamentinin paytaxt Skopyedə yerləşən binası önündə şənlik ediblər.

Makedoniyanın adının dəyişdirilməsi bu ölkənin Yunanıstanla olan qədim ixtilafıdır.

Yunanıstan Makedoniya Respublikasının istiqlaliyyətinin elan olunmasından sonra bu adı rəsmən tanımaqdan boyun qaçırdı.

Makedoniya ilə həmsərhəd olan Yunanıstanın şimal vilayəti də bu ada malikdir. Rəsmi Afina bu qənaətdədir ki, bu ad oxşarlığı ərazi iddialarına gətirib çıxara bilər. Bu üzdən, o, Makedoniyanın adının dəyişdirilməsini istəyibdir.

Teqlər