Okt 25, 2018 16:41 Asia/Baku
  • İsveçrə: Ərəbistanla əlaqələrimizi yenidən nəzərdən keçirəcəyik

İsveçrənin xarici işlər naziri deyib ki, bu ölkə Ərəbistanla əlaqələrini yenidən nəzərdən keçirəcək.

İsveçrənin xarici işlər naziri İqnazio Kassis dünən bildirib ki, bu ölkə səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının Türkiyədə qətlə yetirilməsinin ardınca Ərəbistanla əlaqələrinə yenidən nəzər salacaqdır.

O, əlavə edib: Bu jurnalistin qətlə yetirilməsi qanun hakimiyyətinə hörmətsizlik və insan haqlarının pozulması deməkdir.

İsveçrə iqtisadiyyat nazirliyinin statistikalarına əsasən, 2017-ci ildə bu ölkə ilə Ərəbistan arasındakı ticarət mübadilələri həcmi iki milyard beş yüz milyon dollara çatıbdır.

Teqlər