Okt 27, 2018 20:35 Asia/Baku
  • Tramp partlayıcı bağlama məsələsindən su-istifadə edir
    Tramp partlayıcı bağlama məsələsindən su-istifadə edir

Amerikada çıxan Vaşinqton Tayms qəzeti yazıb: ABŞ prezidenti partlayıcı bağlamalar məsələsindən su-istifadə edir

Qəzetin yazdığına görə, Donald Tramp partlayıcı bağlamaların Demokrat Partiyasının rəhbərləri və tanınmış şəxslərə göndərilməsi mövzusunun gündəmə gəlməsindən sonra Vaşinqton-Ərrəyad əlaqələrinin gələcəyi barədə suallara cavabdan çəkinir. 

ABŞ prezidenti Camal Qaşıqçının qətlindən sonra Səudiyyə Ərəbistanına qarşı cəza tədbirlərindən söz açmışdı amma eyni zamanda Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasının qeyri-mümkün olduğunu demişdi. 

Səudiyyə rejimi Qaşıqçının bu rejimin İstanbuldakı konsulluğunda ölümünü təsdiqləyib amma onun qarşıdurma nəticəsində qətlə yetirildiyini iddia edib. 

Bir çox ölkələr və beynəlxalq qrumlara görə, Ərrəyadın bu iddiası əsassızdır. 

Camal Qaşıqçı 2 oktyabrda ərəbistanın İstanbuldakı konsulluğuna daxil olandan sonra yoxa çıxdı və bir neçə gün sonra mediyalar onun faciəli şəkildə qətlə yetirilməsindən xəbər verdilər. 

Teqlər