Tunis xalqı anti-sionist aksiya keçirib
Balfur bəyannaməsinin 101-ci ildönümündə yüzlərlə tunisli fəal bu ölkə paytaxtında etiraz aksiyası keçirib.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, tunisli fəallar dünən Tünis paytaxtında Britaniyanın səfirliyi qarşısına toplaşaraq Balfur bəyannaməsini pisləyiblər və Britaniya, Amerika və fars körfəzi əməkdaşlıq şurasının digər üzvlərini İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətdə məsuliyyət daşıdıqlarını bildiriblər.
Tünistə xalq cərəyanının mərkəzi komitəsinin üzvü Səlah Əddavudi deyib: Toplantıdan məqsəd fələstinli didərginlərin öz yurd-yuvalarına qayıtmaq haqqına dəstək vermək və balfur bəyannaməsinin əsassız və dəyərli olduğunu vurğulamaq, fələstinli dədirginlərin qayıdışının onların haqqı olduğunu bildirməkdən ibarətdir.
Tünisdə milli mübarizə hərəkatının siyasi ofisinin üzvü Bədr Əssəmavi də deyib: Bu aksiya son həftələr ərzində İsrail rejimi ilə əlaqələrin adiləşdirilməsi barədə bəi ərəb ölkələrində yaranmış dalğaya etiraz bildirmək məqsədi ilə təşkil olunub.
Balfur bəyannaməsi 1917-ci il 2 noyabrda Britaniyada qəbul olundu və Fələstinin işğal edilmiş ərazilərində saxta İsrail rejiminin qurulmasına zəmin yaratdı.