Noy 24, 2018 11:20 Asia/Baku
  • Fransızların yanacağın qiymətinin artmasına etirazları davam edir
    Fransızların yanacağın qiymətinin artmasına etirazları davam edir

Fransanın Reoniun adasının sakinləri yanacağın qiymətinin artmasına qarşı aksiya keçiriblər.

FranPressin verdiyi məlumata görə, aksiyaçılar iqtisadi problemlərə eləcə də yanacağın qiymətinin artırılmasına etiraz əlaməti olaraq adanın küçələrini bağlayıblar.

Aksiyaçılardan biri deyib: Reoniunda bərabərlik yoxdu, ədalətsizlik baş alıb gedir və bu vəzifədən su istifadə deməkdir. 

Başqa bir etirazçı deyib: Artıq burada şadlıqdan xəbər yoxdu, əhali hər gün əzab-əziyyət içindədir. 

Fransanın daxili işlər naziri Kristof Kataner deyib: Fransanın qərbində Anje şəhərində bir kişi yanacaq doldurma məntəqəsinin yaxınlığında bir qumbara partladacağı ilə hədələyərək Fransa prezidenti Emanuel Makron ilə görüşmək istəyib. 

Paris sakinləri də bu gün yanacağın qiymətinin artmasına qarşı etiraz aksiyası keçiriblər. 

Fransa hökumətinin iqtisadi siyasətlərinə qarşı son etirazlara 17 noyabrda start verildi və aksiyalarda 2 nəfər öldü , 650 nəfər yaralandı. 

Teqlər