"Ata Buş" öldü
Mediaların "Ata Buş" adlandırdıqları Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti 94 yaşında vəfat edib.
İRNA-nın məlumatına görə, Amerika mediaları ABŞ-ın 41-ci prezidenti olmuş Corc Herbert Vaker Buş"un vəfat etdiyini bildiriblər. "Ata Buş"un ölüm xəbərini ABŞ-ın 43-cü prezidenti olmuş və "Oğul Buş" ləqəbi ilə tanınan Corc Dablyu Buş cümə günü axşam saatlarında elan edib.
Corc Vaker Buş 1989-cu ildən 1993-cü ilə kimi Birləşmiş Ştatların prezidenti olub. Respublikaçılar partiyasını təmsil edən Corc Vaker Buşun prezidentliyi dövründə ölkədə iqtisadi vəziyyətin xeyli pisləşməsi onun ikinci dəfə prezident seçilməsinə mane olur.
Corc Vaker Buş təmtəraqlı "Yeni Dünya Quruluşu" ideyası ilə tanınır. O, öz ideyasının soyuq müharibədən sonrakı dövr üçün dünyaya sülh, sabitlik və inkişaf gətirəcəyini iddia edirdi. Amma, bu ideyanın irəli sürülməsindən ötən 30 il ərzində dünya hazırda daha artıq müharibələrə, böhranlara və yoxsulluğa düçar olub.
Bəzi qəzetlər bu günkü məqalələrində "Yeni Dünya Quruluşu" ideyasının "Ata Buş"un özündən xeyli öncə öldüyünü yazıblar.