Dek 11, 2018 11:00 Asia/Baku
  • Vaşinqton Şimali Koreyaya yeni sanksiyalar tətbiq etdi
    Vaşinqton Şimali Koreyaya yeni sanksiyalar tətbiq etdi

ABŞ-ın Şimali Koreya ilə əlaqələrin yaxşılaşmasına dair iddiaları ilə bir vaxtda Vaşinqton bu ölkə rəsmilərindən üçünün adını sanksiyalar siyahısına daxil etdi.

İRNA-nın məlumatına görə, ABŞ-ın Maliyyə Departamenti bir bəyanat yayaraq, Şimali Koreyanın yüksək səviyyəli rəsmilərindən üçünün adının sanksiyalar siyahısına daxil edildiyini bildirib. Bu üç nəfərin adının insan haqlarının pozulması və senzura bəhanəsi ilə "qara siyahı"ya salındığı bildirilir. 

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin də deyib: ABŞ-ın Maliyyə Departamenti senzura, insan haqlarının pozulması və xalqın repressiya edilməsi üçün gücdən sui-istifadə edən dövlət rəsmilərini cəzalandırır. 

ABŞ-ın maliyyə naziri adları sanksiyalar siyahısına salınan şəxslərin Şimali Koreya rəhbərinə yaxın adamlardan olan Koreya Fəhlə Partiyasının təşkilat məsələləri üzrə idarə rəisi Riyunq Hayi Çu, təhlükəsizlik məsələləri üzrə dövlət naziri Kyunq Tank və Şimali Koreyanın Təbliğat Təşkilatının rəhbəri Kuanq Hu Pak-dır. 

ABŞ-ın Şimali Koreya əleyhinə sanksiya siyasətini davam etdirməsi əslində Koreya Yarımadasında sülh və təhlükəsizliyə qarşı atılan addımdır. Pxenyanın Koreya Yarımadasındakı böhranın həlli istiqamətində öz xoşməramlılığını sübut etmək üçün nüvə başlıqları və raketlərinin sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş poleqonu məhv etməsinə baxmayaraq, Vaşinqton böhranın həlli istiqamətində heç bir müsbət addım atmaq istəmir. 

Pxenyanın ABŞ-ın  12 iyun 2018-ci il tarixində Sinqapurda baş tutan iki ölkə başçıları arasındakı görüşdə əldə edilmiş anlaşmaya sadiq olmadığını bildirir. 

Teqlər