ABŞ senatında iki anti-səud qətnaməsi qəbul olunub
https://azeri.sahartv.ir/news/dünya-i330201-abŞ_senatında_iki_anti_səud_qətnaməsi_qəbul_olunub
Amerika senatı iki qətnamə qəbul edərək, bu ölkənin səudların Yəmənə qarşı savaşına hərbi dəstəyinin başa çatmasına və səud vəliəhdinin ali-səudun tənqidçisi olan bir jurnalistin qətlində məsuliyyət daşımasına səs verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2018 06:28 Asia/Baku
  • senatında iki anti-səud qətnaməsi qəbul olunub
    senatında iki anti-səud qətnaməsi qəbul olunub

Amerika senatı iki qətnamə qəbul edərək, bu ölkənin səudların Yəmənə qarşı savaşına hərbi dəstəyinin başa çatmasına və səud vəliəhdinin ali-səudun tənqidçisi olan bir jurnalistin qətlində məsuliyyət daşımasına səs verdi.

Vermont ştatından olan müstəqil senator Berni Sanders və Yuta ştatından olan respublikaçı senator Mayk Li tərəfindən təqdim olunmuş bu qətnamə layihəsi 41 əlehyinə səs qarşılığında 56 lehinə səslə qəbul edilib.

Belə bir halda, ABŞ prezidenti Donald Tramp Ərəbistana dəstəyin kəsilməsinə qarşı çıxşmışdı.

Digər tərəfdən, respublikaçı senator və senatın xarici əlaqələr komitəsinin sədri Bob Korker də digər bir qətnamə layihəsi təqdim etmişdi. Həmin layihəyə əsasən, səud vəliəhdi Muhəmməd bin Salman Qaşıqçının qətlində məsuliyyət daşıyan şəxs kimi təqdim olunmuşdu.

Bu qətnamə layihəsi də əksəriyyət səslə senat tərəfindən qəbul olunubdur.