Avstriya hökumət əleyhinə etiraz aksiyasının şahididir
Dek 16, 2018 14:55 Asia/Baku
Avstriyalılar iş saatlarının yuxarı olmasına və miqrasiya siyasətinə etiraz olaraq paytaxt Vyanada aksiya keçiriblər.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Vyana polisi bildirib: Təqribən 17 min vətəndaş hökumət əleyhinə aksiyada iştirak edib. Bu məlumata görə, etiraz aksiyasında iştirak edənlərin sayı təşkilatçıların proqnozlarından xeyli çox olub.
Aksiya iştirakçılarının sayının çox olması şəhərin mərkəzinə gedən bir çox yolun bağlanmasına səbəb olub.
Bu etiraz aksiyası hazırkı iqtidarın hakimiyyətə gəlməsinin birinci ildönümündə keçirilib.
Aksiya iştirakçıları Avstriyah ökumətinin miqrasiya siyasətinə etiraz ediblər.
Onlar həmçinin, iş günlərinin sayının azaldılması və iqtisadi qənaət siyasətinin ləğv edilməsini istəyiblər.