İspaniya polisi Kataloniyada etirazçılara hücum edib
İspaniya polisi bu ölkənin baş nazirinin hərəkəti istiqamətində Kataloniyanın separatçı etirazçılarına hücum edib.
Röyters-in məlumatına əsasən, İspaniyanın baş naziri Pedro Sançes bu gün bu ölkənin Kataloniya əyalətinə səfər edib və etirazçılar onun hərəkəti istiqamətində olan magistral yollarını və daha qırx şose yolunu bağlayıblar ki, bu hərəkət polisin hücumuna gətirib çıxarıbdır.
Həbsdə olan doqquz kataloniyalı separatçı lider Sançesin səfərinə etiraz olaraq dinc aksiyanın keçirilməsini istəyibdir.
Bu məlumata görə, onlarla etirazçı Barselona şəhərindəki "AP 7" adlı magistral yolunda piket keçirib və xüsusi təyinatlı polis qüvvələri onları magistral yolunun ortasından çıxarıblar.
Kataloniya polisi bir şəxsin həbs olunmasından xəbər verib. Deyilənlərə görə, bu şəxs partlayıcı vasitə düzəltmək üçün lazım olan maddələri özü ilə daşıyırmış.
Kataloniyanın İspaniyadan ayrılması barədə separatçı referendumun keçirilməsindən və mərkəzi dövlətin ona qarşı kəskin hərəkətlərindən bir ildən çox bir vaxtın ötməsinə rəğmən, bu varlı məntəqənin əhalisi və siyasi fəalları hələ də İspaniyadan ayrılmağa israr edirlər.