Dek 28, 2018 19:09 Asia/Baku
  • ABŞ hökumətinin bağlanması ən azı bir həftə davam edəcək

Amerika senatı və konqresinin federal hökumətin bağlanmasına son qoymaq üzrə iclası səsvermə aparılmadan başa çatıb.

Amerika senatı və konqresinin üzvləri dünən dörd dəqiqəlik nəticəsiz və səsvermə keçirilməyən iclas təşkil ediblər və sonra sonrakı həftənin çərşənbə gününədək yeni milad ili tətillərinə çıxıblar.

Bu iclasın kənarında bildirildi ki, federal hökumətin bağlanması bağlanmadan azı 24 saat sonra davam edəcək.

ABŞ prezidenti Donald Trampın Meksika sərhədində divar inşası büdcəsinin təmini üçün senatın diqqətini çəkmək sahəsindəki uğursuzluğunun ardınca federal hökumətin bəzi hissələri ötən şənbə günündən bağlandı.

Üçüncü dəfədir ki, Tramp hökuməti bağlanır.

Bu hökumətin bağlanması bu dəfə azı 800 min dövlət işçisinin əmək haqlarının ödənilməməsi və işsizliyinə bais olubdur.

"Standard and Poor's" validasiya institutunun hesablamasına görə, Amerika federal hökumətinin bağlanması hər həftə bu ölkənin ümumi daxili istehsalına bir milyard iki yüz milyon dollar zərər vurur.

Teqlər