İngiltərənin baş naziri 2-ci brexitlə müxalifdir
İngiltərənin baş naziri bu ölkənin Avropa Birliyindən çıxması üzrə ikinci brexit-in keçirilməsini mümkünsüz adlandırıb.
İngiltərənin baş naziri Tereza Mey bu gün deyibdir ki, 2019-cu ilin 29 martından öncə bu ölkənin Avropa Birliyindən çıxması üzrə digər bir referendumun keçirilməsi mümkünsüzdür.
Tereza Mey əlavə edib: İngiltərə parlamentinin aşağı palatasında Brexit razılaşması barədə səsvermə də yanvarın 14-ü və 15-də keçiriləcəkdir.
İngiltərənin baş naziri həmçinin deyib ki, əgər brexit razılaşması rədd olunarsa, İngiltərə naməlum sərhədlərə malik bir məntəqəyə çevriləcəkdir.
İngiltərə xalqı 2016-cı ilin iyununda bu ölkənin Avropa Birliyindən çıxmasının lehinə səs verdi.
İki ay bundan öncə 27 Avropa ölkəsinin başçıları tərəfindən təsdiq edilmiş bu ölkənin Avropa Birliyindən çıxması razılaşması İngiltərə parlamentinin aşağı palatasında səsə qoyulmalıdır.
İngiltərə parlamentinin aşağı palatasının üzvləri brexit razılaşmasın Şimali İrlandiya məsələləri ilə bağlı bölmələri ilə müxalifdirlər.