Yan 15, 2019 09:52 Asia/Baku
  • Polşada Qdansk meri bıçaq zərbələrilə öldürülüb
    Polşada Qdansk meri bıçaq zərbələrilə öldürülüb

Soyuq bıçaqla hücuma məruz qalmış Polşanın Qdansk şəhərinin meri həyatını itirib.

Polşa səhiyyə nazirliyi bildirib ki, bazar günü gecə bir xeyriyyə mərasiminin kənarında Stefan adlı bir gənc kişi tərəfindən bıçaq hücumuna məruz qalmış 53 yaşlı Pavel Adamoviç yaralarının ağırlığı üzvündən dünən gecə həyatını itiribdir.

Şahidlərin və polisin sözlərinə görə, hücumçu şəxs Qdansk merinə hücumdan sonra fəryad edərək, iddia edibdir ki, Adamoviç 2007-ci ildən 2015-ci ilədək həbsdə olduğu zaman dəfələrlə ona işgəncə veribdir.

Qdansk merinin qatili həb müddəti qurtardıqdan sonra ötən ilin dekabrında zindandan azad edilmişdi.

 

Teqlər