Yan 27, 2019 17:07 Asia/Baku
  • Rusiya ABŞ-ın kosmik fəaliyyətərini ifşa edib
    Rusiya ABŞ-ın kosmik fəaliyyətərini ifşa edib

Rusiyanın federal kosmonavtika təşkilatı bir sənəd yayaraq, ABŞ-ın kosmik fəaliyyətərini ifşa edib.

Rusiyanın federal kosmonavtika təşkilatı bir hesabat yayaraq bildirib ki, Amerikanın bir böyük hərbi peykindən ayrılan iki kiçik kosmik daşıyıcı yerin orbitində məlumatlar toplamaqdadır.

Rusiyanın kosmik nəzarət təşkilatı da ilk dəfə olaraq, 2018-ci il aprelin 23-də EAGLE amerikan peykindən iki daşıyıcının ayrılmasını müəyyən etmişdi. Bu sistemin araşdırması ondan xəbər verir ki, həmin daşıyıcıların kosmik sensorları nüvə və raket təhdidlərini aşkar etmək və izləmək qabiliyyətinə malikdirlər.

Bu daşıyıcıların tapşırığı ABŞ prezidenti Donald Trampın Rusiya və Çinin təhdidləri bəhanəsilə Amerikanın quruda, dənizdə və kosmosdakı raket müdafiəsini gücləndirmək və genişləndirməyə təkid etməsindən sonra başlandı.

 

 

Teqlər