Fev 08, 2019 17:40 Asia/Baku

Səud rejiminin tənqidçisi olan "Camal Qaşıqçının qətli"nin detalları kitabı türk, ərəb və ingilis dillərində nəşr olunubdur.

"Camal Qaşıqçı; cinayət və qətl" kitabı bu qətl ilə bağlı hadisə və xəbərləri analiz edərək, həmin hadisə və əhvalatlarla əlaqədar bütün detallar barədə xəbər, təsvir və şərhlər təqdim edir.

"Camal Qaşıqçı; cinayət və qətl" kitabının naşiri kimi Anadolu informasiya agentliyi Qaşıqçının Ərəbistanın Yəmənə hücumu barədəki təfəkkürləri və mövqelərini bəyan edib və dünya ölkələri başçılarının ali-səud rejimi və bu iş qarşısındakı mövqeləri və cinayətin baş vermə tərzini açıqlayıbdır.

Səud rejimini tənqid edən Camal Qaşıqçı oktybarın ikisində Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra itkin düşdü.

Səud rejimi 18 gün sükutdan və təkzibdən sonra dünya ictimaiyyətinin təzyiqləri altında nəhayət oktyabrın 19-da Qaçıqçının bu konsulluqda qətlə yetirdiyini etiraf və təsdiq etdi.

Teqlər