Ş. Koreya rəhbəri Trampla görüşmək üçün Vyetnama daxil olub
https://azeri.sahartv.ir/news/dünya-i335570-Ş._koreya_rəhbəri_trampla_görüşmək_üçün_vyetnama_daxil_olub
Şimali Koreyanın rəhbəri Kim Çen In yerli vaxtla bu gün səhər ABŞ prezidenti Donald Trampla birgə iclasda iştirak üçün Vyetnam sərhədinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2019 09:07 Asia/Baku
  • Ş. Koreya rəhbəri Trampla görüşmək üçün Vyetnama daxil olub
    Ş. Koreya rəhbəri Trampla görüşmək üçün Vyetnama daxil olub

Şimali Koreyanın rəhbəri Kim Çen In yerli vaxtla bu gün səhər ABŞ prezidenti Donald Trampla birgə iclasda iştirak üçün Vyetnam sərhədinə daxil olub.

Pxenyandan Vyetnam sərhədinədək olan 4000 kilometrlik istiqaməti qatarla gedən Kim Çen In Vyetnamın "Dun Dan" sərhəd şəhərindən bu ölkənin paytaxtı Hanoyadək olan 170 kilometrlik məsafəni avtomobillə getməlidir.

Tramp və Kim çərşənbə və cümə axşamı günləri Vyetnamın paytaxtı Hanoyda ikinci dəfə olaraq Şimali Koreyanın nüvə tərkisilahı barədəki müzakirələri davam etdirməlidirlər.

Tramp və Kim bundan öncə 2018-ci ilin iyununda Sinqapurda görüşüblər. Onun nəticəsi Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi sahəsində qaranlıq və xülasə bir razılaşma olubdur.