Tramp ABŞ-ın keçmiş dövlət başçılarının Avropa ilə həmkarlıqlarını şübhə altına alıb
Amerika prezidenti "Əvvəl, Amerika!" şüarını təkrarlayaraq, bu ölkənin keçmiş dövlət başçılarını xəyanətdə ittiham edib.
Amerika prezidenti Donald Tramp ABŞ mühafizəkarlar birliyinin illik konfransında deyib ki, keçmişdəkilərin illər boyu bu ölkəyə etdikləri xəyanətləri və getdikləri yanlış yolları dəyişərək, Amerikanı ön planda qərar veribdir.
Tramp iddia edib ki, Amerikada onun dövlətinin gələcəyi və hərəkatı sonsuz imkanlara malikdir və hakim təbəqə ölkəyə ciddi xəyanətlər edibdir. Belə ki, yalnız xarici ölkələri bizim üçün baha başa gələn qiymətə varlandırıblar.
Trampın sözlərinə görə, Amerika onun iş dövründə inkişaf etməkdə və güclənməkdədir.
Trampın iddialarına rəğmən, onun siyasətləri və hərəkətləri Amerikanın daxilində tənqid olunmaqdan əlavə, bu ölkənin xarici müttəfqiləri və dünya ictimaiyyətinin tənqidləri ilə də üzləşibdir.