Venesuelada elektrik enerjisi kəsildi, məktəblər və idarələr tətil edildi
Venesuelanın rabitə, mədəniyyət və turizm məsələləri üzrə müavini bazar ertəsi günü, elektrik enerjisinin verilməsində yaranan fasilə ilə əlaqədar, ölkə səviyyəsində bütün məktəb və idarələrin tətil edilməsindən xəbər verdi.
İRNA-nın məlumatına görə, Venesuelanın rabitə, mədəniyyət və turizm məsələləri üzrə müavini Xorxe Rodriqez ölkə səviyyəsində elektrik enerjisinin verilməsində yaranan fasilənin artıq 5 gündür ki, davam etdiyini bildirdi.
Venesuelada elektriklərin kəsilməsi nəticəsində cümə axşamı və cümə günü 15 dializ xəstəsi həyatını itirib.
Karakas ölkədəki pozuculuq hərəkətlərinin arxasında ABŞ-ın durduğunu bildirərək, Ağ Evi Venesuelada dövlət çevrilişi planlaşdırmaqda ittiham edir.
Venesuela müxalifətinin rəhbəri Xuan QUaydo 23 yanvarda ABŞ-ın dəstəyi ilə özünü Venesuelanın müvəqqəti prezidenti elan etdi. Onun bu hərəkəti qanuni prezident Nikolas Maduro hökumətinə qarşı dövlət çevrilişiniə cəhd kimi qiymətləndirilir.
Amerika Venesuelaya təzyiq göstərmək və müxalifətdə olanları dəstəkləməklə bu ölkənin qanuni hökumətini devirməyə çalışır.