İnterpol Qaşıqçı qətlinin amilləri olan iyirmi şübhəlini təqib edir
Mart 15, 2019 10:38 Asia/Baku
Beynəlxalq Cinayət Polisi İdarəsi- İnterpol səud rejiminin tənqidçisi olmuş jurnalist və yazar Camal Qaşıqçının qətlində əllərinin olduğu bildirilən iyirmi şəxsi təqib edir.
İnterpol Ankaranın xahişi ilə Camal Qaşıqçının qətlində şübhəli bilinən iyirmi nəfərə qarşı həbs hökmü çıxarıb.
Türkiyə hökuməti də bildiribdir ki, bu iyirmi nəfər Qaşıqçnı Ərəbistanın İstanbuldakı konsulluğunda terror edən dəstənin üzvü olubdur.
Ankara bundan öncə Ərriyaddan istəmişdi ki, bu şübhəliləri Türkiyəyə təhvil versin. Ərəbistan isə bu tələbi rədd edərək, vəd vermişdi ki, özü onları mühakimə edəcəkdir.