Mart 27, 2019 15:21 Asia/Baku
  • İsveç paytaxtında güclü partlayış baş verib

İsveçdəki yerli mənbələr paytaxt Stokholmun qərbində güclü partlayışın baş verməsindən və bir neçə nəfərin yaralanmasından xəbər veriblər.

İsveçdəki yerli mənbələr bildiriblər ki, partlayış yerli vaxtla səhər saat birdə baş verib və biri polis zabiti olmaqla azı beş nəfər yüngül şəkildə yaralanıb. Yaralılar xəstəxanaya müraciət ediblər.

Stokholm polisinin məlumatına görə, bu şəhərin qərbindəki Vinsta məntəqəsinin sakinləri gecə yarısı bir neçə partlayış barədə məlumat vermişdilər. Gündüz açılarkən məlum olubdur ki, bir neçə avtomobil, satış mərkəzi və ev ziyan çəkibdir.

Bu xəbər barədə ətraflı məlumat yayılmayıb.

 

Teqlər