Ömər Əlbəşirin Sudandan qaçması haqda fərqli xəbərlər yayılıb
Medialar Sudan prezidentinin qaçması haqda fərqli xəbərlər yayırlar.
Bəzi informasiya saytları, həmçinin sosial şəbəkələrin istifadəçiləri və fəalları Sudan prezidenti Ömər Əlbəşirin ölkə xaricinə qaçmasından xəbər verirlər. Amma hələ bu məsələni rədd və ya təsdiq edəcək rəsmi bəyanat verilməyibdir.
İnformasiya mənbələri Ömər Əlbəşirin taleyi barədə güclü senzuradan xəbər verirlər.
Bəzi medialar xəbər veriblər ki, Fars Körfəzi ətrafında yerləşən bir ölkənin Vaşinqtondakı səfirliyindən gizli məlumat sızıb. Bu məlumat göstərir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ, Sudan milli kəşfiyyat və təhlükəsizlik aparatının rəisi Salah Quş ləqəbli general-mayor rütbəli Salah Abdullah Muhəmməd Salahı Əlbəşirin yerinə təyin etmək niyyətindədir.
Son aylarda Sudandakı geniş etirazların fəalları bu ölkənin prezidenti Ömər Əlbəşiri iqtisadi idarəçilikdə zəif olmaqda ittiham edirlər.
Ömər Əlbəşir otuz ildir ki, Sudanın prezidentidir.