Sudanda aksiyalar davam edir
-
Sudanda aksiyalar davam edir
Sudandakı etirazçılar bu ölkənin müxtəlif məntəqələrində aksiyalar keçirərək, qüdrətin mülkilərə ötürülməsini istəyirlər.
Ömər Əlbəşirin hakimiyyətdən kənara çəkilməsinə və hərbi hökumət tərəfindən bəzi qərarların çıxarılmasına rəğmən, etirazçılar bu ölkənin müxtəlif şəhərlərində aksiya və piketlər keçirərək, hakimiyyətin tam şəkildə mülkilərə ötürülməsini istəyirlər.
Etirazçılar və müxalif qruplar dünən bildiriblər ki, ölkənin idarəsi məqsədilə bu ölkənin başında bir mülki hökuməti yerləşdirmək niyyətindədirlər.
Ömər Əlbəşirin hakimiyyətdən kənarlaşdırıldığı zamandan bəri bu ölkə hərbi şura tərəfindən idarə olunur.
Ömər Əlbəşir otuz il Sudana hökumətlik etdikdən sonra ordunun çevrilişi ilə aprelin 11-də bu ölkə prezidentliyindən kənara çəkildi.
O, 1989-cu ildə bir ordu polkovniki olarkən dövlət çevrilişinə başçılıq etdi və ozamankı seçilmiş baş nazir Sadiq Əlməhdini kənarlaşdıraraq, hakimiyyətə çatmağa müvəffəq oldu.