Sudanlı müxaliflər sabiq rejim simalarının keçid prosesində iştiraklarını rədd ediblər
"Sudanda Azadlıq və Dəyişiklik Koalisiaysı" adlı qüvvələr bildiriblər ki, sabiq rejim simalarının bu ölkədə dəyişiklik prosesinin bir hissəsi kimi iştiraklarını qəbul etməyəcəklər.
Bu qüvvələr bir bəyanatda vurğulayıblar ki, Sudan hərbi şurası hakimiyyətdən uzaqlaşdırılmış Ömər Əlbəşir rejiminin şəxsiyyətləri və müttəfiqlərinin də iştirak etdikləri bir keçid prosesini irəli sürübdür.
Bu qüvvələr əlavə ediblər: Xalqın müxtəlif təbəqələrinin dörd aydan çox müqaviməti və fədakarlığından sonra Sudan inqilabı hazırda mühüm dönüş nöqtəsinə daxil olub və sabiq rejimdən qalımış simalar Ömər Əlbəşir rejiminin şəxsiyyətlərini yenidən emal etmək niyyətindədirlər.
Sudan hərbi keçid şurası aprelin on birində Sudanın keçmiş müdafiə naziri Əvəz bin Auf tərəfindən qiraət olunan bu ölkə ordusunun bəyanatının ardınca təşkil edildi.
Əvəz bin Auf bu bəyanatda Sudan prezidenti Ömər Əlbəşirin otuz il hakimiyyətdən sonra kənarlaşdırıldığını elan etdi.
Öncə Əvəz bin Auf Sudan hərbi keçid şurasının sədrliyini ələ aldı, lakin bir gündən sonra öz yerini Əbdulfəttah Əlburhana verdi.