Həkimlərə Şeyx Zəkzakinin səhhətini dəyərləndirmək icazəsi verilib
Bir qrup həkim məhbəsdə saxlanılan Nigeriya İslam Hərəkatı rəhbərinin səhhətini dəyərləndirmək icazəsi alıb.
İngiltərədə yerləşən "İslami İnsan Haqları Komissiyası" adlı qeyri-hökumət təşkilatının həkimləri Şeyx İbrahim Zəkzakinin cismani durumunu dəyərləndirəcəklər.
Bu təşkilat ümidvardır ki, onun tədbirləri Şeyx Zəkzakinin sağlamlıq durumunun tam şəkildə aydınlaşması ilə nəticələnəcək.
Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki bu ölkə ordusunun zorakılıqla onun Zariya şəhərindəki evinə hücum etdiyi 2015-ci ildən bəri həbsdədir. Zəkzaki və onun həyat yoldaşı bu hücumda yaralandı. Onun iki oğlu, həmçinin yüzlərlə tərəfdarı da şəhid oldu.
Nigeriya hökuməti elə bir halda Şeyx Zəkzakini azad etməkdən çəkinir ki, bir məhkəmə bir hökmdə bildiribdir ki, o. heç bir cinayət işləmədən həbs olunubdur.