ABŞ ədliyyə nazirinin müavini istefa verib
Ağ Ev rəsmilərinin kənara çəkilmələri serialının davamında ABŞ ədliyyə nazirinin müavini Rod Rozenşteyn də öz vəzifəsindən istefa verib.
ABŞ ədliyyə nazirinin müavini Rod Rozenşteyn dünən öz istefasını Ağ Ev işçilərinin rəisinə elan edib.
Bir qrup ekspert bu qənaətdədir ki, Rozenşteynin Amerika prezidenti Donald Trampla ixtilaflarına əsasən, proqnoz edilirdi ki, hətta istefanın qəbul edilməsindən çəkiniləcəyi halda belə, o, yeni milad ilində öz vəzifəsindən istefa verəcəkdir.
Trampın 2017-ci ilin yanvarında Ağ Ev-ə gəldiyi zamandan bəri Amerika hökumətinin onlarla yüksək vəzifəli rəsmisi istefa verib və ya işdən çıxarılıbdır.
Amerikanın hazırkı hökuməti öncəki hökumətlərlə müqayisədə yüksək vəzifəli rəsmilərin ən çox kənara çəkilmələrinə malik olubdur.