ABŞ-ın maliyyə naziri Trampın vergi bəyannaməsini Konqresə təqdim etmir
https://azeri.sahartv.ir/news/dünya-i340024-abŞ_ın_maliyyə_naziri_trampın_vergi_bəyannaməsini_konqresə_təqdim_etmir
ABŞ-ın maliyyə naziri prezident Donald Trampın vergi bəyannaməsini Konqresə təqdim etməkdən imtina etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2019 11:52 Asia/Baku
  • ABŞ-ın maliyyə naziri Trampın vergi bəyannaməsini Konqresə təqdim etmir
    ABŞ-ın maliyyə naziri Trampın vergi bəyannaməsini Konqresə təqdim etmir

ABŞ-ın maliyyə naziri prezident Donald Trampın vergi bəyannaməsini Konqresə təqdim etməkdən imtina etdi.

NBC kanalının bildirdiyinə görə, Stiven Mnuçin çərşənbə axşamı prezident Donald Trampın vergi bəyannaməsini Nümayəndələr Palatasına təqdim etməyəcəyini dedi. 

Mnuçin Nümayəndələr Platasının demokrat üzvü Riçard Nilə ünvanlanmış məktubda bu palatanın tələbinin qanunvericiliyin hədəflərindən kənar olduğunu iddia edib. 

Bu üçüncü dəfədir ki, Trampın vergi bəyannaməsi Nümayəndələr Məclisinə təqdim edilmir.