May 12, 2019 15:34 Asia/Baku
  • B. Hookun anti-İran iddiaları davam edir
    B. Hookun anti-İran iddiaları davam edir

Ağ Ev başçılarının anti-İran mövqelərinin davamında ABŞ dövlət departamentində "İran Fəaliyyət Qrupu"nun sədri iddia edib ki, Vaşinqton İranla müharibə deyil, daha yaxşı anlaşma əldə etmək istəyir.

ABŞ dövlət departamentində "İran Fəaliyyət Qrupu"nun sədri Brayan Hook bu gün "Sandi Tayms" qəzeti ilə müsahibədə iddia edib ki, potensial toqquşmalarla bağlı nigarançılığı yoxdur və Amerikanın fəaliyyətləri iranlılarla mübarizədir.

Brayan Hook bir daha 2015-ci nüvə anlaşmasından çıxmağa, ən şiddətli sanksiyaların qaytarılmasına, İslam İnqilabı Keşikçiləri Korpusunun Amerikanın terrorçu qruplar siyahısına salınmasına və neft alqıları üzrə istisnaların götürülməsinə şamil olan İrana qarşı maksimum təzyiq kompaniyasına işarə edib.

Belə bir halda, İslam İnqilabı Keşikçiləri Korpusu Amerikanın regionda dəstək verdiyi terrorçularla mübarizədə əsas rol oynayır.

Teqlər