İyun 03, 2019 13:30 Asia/Baku
  • Sudan hərbçiləri etirazçıların piketinə hücum ediblər
    Sudan hərbçiləri etirazçıların piketinə hücum ediblər

Sudanın təhlükəsizlik qüvvələri etirazçıların bu ölkənin paytaxtı Xortumda keçirdikləri piketə basqın ediblər.

Sudanın təhlükəsizlik qüvvələri bu gün səhər tezdən etirazçıların ordunun Xortumda yerləşən baş qərargahı qarşısında keçirdikləri piketi dağıtmaq üçün hərbi güllələrlə onlara hücum ediblər.

Sudan Həmkarlar İttifaqları Birliyinin üzvü Muhəmməd Əlisbat bu gün bildirib ki, hərbi şuranın etirazçılara qarşı hücumlarında həlak olanların sayı 14 nəfərə çatıb. Həmçinin yüz nəfər də yaralanıbdır.

Sudan Mərkəzi Tibb Komitəsi bildiribdir ki, bugünkü piketdə həlak olan şəxslərin dəqiq sayının təqdim olunması xəstəxanalardakı dayanıqsız təhlükəsizlik şəraitinə əsasən, çətindir, zira hərbi şura qüvvələri xəstəxanaları mühasirəyə alıblar.

Sudan Mərkəzi Tibb Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsindən və Sərhədsiz Həkimlər Təşkilatından istəyibdir ki, basqın yaralılarının piket məkanına boşaldılmaları  məqsədilə dərhal hərəkətə keçsinlər.

Teqlər