İyun 04, 2019 13:43 Asia/Baku
  • Bir İsveç məhkəməsi Culian Assanjın həbsi tələbinə qarşı çıxıb
    Bir İsveç məhkəməsi Culian Assanjın həbsi tələbinə qarşı çıxıb

Bir İsveç məhkəməsi bu ölkənin yüksək vəzifəli bir məhkəmə rəsmisinin ifşaçı “Vikiliks” saytının təsisçisi üçün qiyabi həbs hökmünün verilməsi barədəki tələbini rədd edibdir.

Bu məhkəmə bu gün həmin ölkənin ümumi prokuroru müavininin ərizəsini rədd edərək, bildiribdir ki, Culian Assanjın həbsi barədəki öncəki hökm onun Ekvadorun Londondakı səfirliyində yerləşməsinə görə idi, amma hazırda Assanj İngiltərədə həbsdədir və onun qiyabi həbsi qeyri-münasib bir hərəkətdir.

Culian Assanj yeddi il Ekvadorun Londondakı səfirliyində qaldıqdan sonra sığınacağının Ekvador hökuməti tərəfindən rədd olunması ilə aprelin on birində İngiltərə polisi tərəfindən həbs olundu.

O, profilaktik tədbir kimi girov ilə bağlı qanunları pozmaq ittihamı ilə əlli həftə həbsə məhkum edilibdir.

 

Teqlər