Sudan xalqı ərəbistan və əmirliklərin müdaxilələrindən təngə gəlib
“Sudan Vəkillərinin Demokratik Koalisiyası” adlı qrup ərəbistan, əmirliklər və misirdən istəyibdir ki, hazırda Sudanda hakimiyyətdə olan hərbi keçid şurasına dəstək verməyə son qoysunlar.
Sudanda etirazların əsas halqalarından olan “Sudan Vəkillərinin Demokratik Koalisiyası” adlı qrupun üzvləri dünən bir bəyanatda bildiriblər: Ərəbistan, əmirliklər və misirdən istəyirik ki, Sudanın yaxasından əl çəksin və hərbi şuraya və onun qüdrət dayaqlarının möhkəmlənməsinə olan dəstəklərinə son qoysunlar.
Onlar qeyd ediblər ki, bu addımlar həmin ölkələrin maraqlarının qorunması məqsədilə, həmçinin Sudanın və onun vətəndaşlarının maraqlarının ziddinə atılır.
Sudanda etiraz hərəkatı bu gün “qırğın” adlandırılan Xortumda aksiyaçıların toplantısını faciəli surətdə yatırmalarından iki gün sonra bu ölkəyə hakim kəsilmiş hərbçilərin seçkilərin keçirilməsi üzrə istəyini rədd edərək, etirazların davamına təkid edibdir.
Dünən Xortumun küçələri demək olar ki, boş idi; əksər mağazalar bağlı idi və yalnız taksi kimi istifadə olunan az sayda avtomobil və üççarxlı velosiped hərəkət edirdi. Bir çox küçə və prospekt daş, güdül və avtomobil şinləri ilə bağlanmışdı.
Aksiyaçılar Sudan paytaxtının hər yerində yerləşmiş “Sürətli himayə qüvvələri”nin tabeliyində olan silahlı şəxslərin qarşısında maneələr yaradıblar. Etirazçılar hərəkatı bu qüvvələri bazar ertəsi günü altmışa yaxın insanın həlak olması, yüzə yaxın insanın isə yaralanması ilə nəticələnən ordu qərargahı qarşısındakı piketə divan tutulmasının əsas amilləri hesab edirlər.